Naxçıvanda TIR yanıb

Naxçıvanda TIR yanıb

21 İyul 2025

Naxçıvanda yük avtomobilində yanğın baş verib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, hadisə Naxçıvan-Ordubad magistralında qeydə alınıb. Bitumla dolu TIR naməlum səbəbdən alovlanmağa başlayıb və partlayıb.

Hadisə yerinə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobilləri, canlı qüvvəsi, polis əməkdaşları cəlb olunub.