Ötən sutka ərzində Naxçıvanda 5 yanğın hadisəsinə çıxış həyata keçirilib -

Ötən sutka ərzində Naxçıvanda 5 yanğın hadisəsinə çıxış həyata keçirilib - FOTO

17 İyul 2025

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında Nazirliyin yanğından mühafizə bölmələri tərəfindən 5 yanğın hadisəsinə çıxış həyata keçirilib.

Belə ki, Naxçıvan şəhər Qaraçuq, Şahbuz rayon Nursu kəndlərində həyətyanı sahədə, Culfa rayon Ərəfsə kəndində dağlıq ərazidə açıq sahədə quru ot, kol-kos, Babək rayon Didivar kəndində həyətyanı və biçilmiş taxıl sahəsində, Babək rayon Cəhri qəsəbəsində isə məişət tullantısı olan ərazidə yanğın hadisələri baş verib.

Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların daha geniş sahələrə yayılmasının qarşısı alınaraq operativ söndürülməsi təmin edilib.