Ata həbsdəki oğluna narkotik vasitə gətirib -

Ata həbsdəki oğluna narkotik vasitə gətirib - FOTO

18 İyul 2025

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı istintaq təcridxanasına psixotrop maddə keçirilməsinin qarşısı alınıb.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə xidmətdən məlumat verilib.

Bildirilib ki, həbs olunmuş şəxs İsmayıl Aqil oğlu Gülməmmədova atası tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman idman şalvarının cibində gizlədilmiş 1 ədəd bükülüdə metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.