
Kəngərlidə avtomobil yanıb - FOTO
Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kəngərli rayonunun Qıvraq qəsəbəsində “Megan” markalı minik avtomobilində yanğın baş verməsi ilə bağlı məlumat daxil olub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, dərhal əraziyə FHN-in Kəngərli rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Hadisə yerinə çatan yanğınsöndürənlər alovun qarşısını alaraq yanğını tam söndürüblər. Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi və qabaq şinləri yanıb.
Faktla bağlı araşdırma aparılır.