
Son altı ayda Naxçıvanda 172 nəfər qidadan zəhərlənib
Son altı ayda Naxçıvanda 116 qida zəhərlənməsi hadisəsi baş verib
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.
Agentliyin məlumatına görə, zəhərlənmə hadisələrindən ümumilikdə 172 nəfər zərərçəkən olub:
“Qida zəhərlənmələrindən 70-i məişət zəminində, 46-sı isə ictimai iaşə müəssisələrində baş verib. Baş verən hadisələrə əsas səbəb sanitar-gigiyenik qaydalara riayət edilmədən məhsulun hazırlanması və istehlakıdır”.
NQTA-dan bildiriblər ki, hesabat dövrü ərzində qida zəhərlənməsi diaqnozu ilə ölüm hadisəsi qeydə alınmayıb.