Naxçıvandan olan 4 məzun qızıl nişana layiq görülüb

Naxçıvandan olan 4 məzun qızıl nişana layiq görülüb

18 İyul 2025

Elm və təhsil naziri Emin Əmrullayev ümumi təhsil müəssisələrinin 2024-2025-ci tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltif edilməsi ilə bağlı əmr imzalayıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, əmrə uyğun olaraq Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin məzunu Oruc Heydərov, Şahbuz Rayon Badamlı qəsəbə tam orta məktəbinin  məzunu Səma İsmayılova,  Naxçıvan Qarnizonu tam orta məktəbinin məzunları Fidan Ağazadə və Fidan Bədəlova qızıl nişana layiq görülüblər.

Məzunlarımızı təbrik edir, onlara gələcək təhsillərində uğurlar arzulayırıq!