Naxçıvanda vergi ödəyicilərinə xidmət mərkəzlərində göstərilən xidmətlərin sayı 22 % artıb

Naxçıvanda vergi ödəyicilərinə xidmət mərkəzlərində göstərilən xidmətlərin sayı 22 % artıb

18 İyul 2025

Bu ilin I yarısında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 22 364 şəxs qəbul edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" quruma istinadən xəbər verir ki, mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 29 914 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 22,2 % çoxdur.

Ümumi xidmətlərin 92 %-ni 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:

Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;

Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;

Asan İmza sertifikatının verilməsi;

Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;

Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;

Vergi ödəyicisinə arayışların verilməsi;

Vergi ödəyicisinin fəaliyyətinin bərpası;

Fiziki şəxsin uçotdan çıxarılması;

Əmək müqaviləsi üzrə elektron informasiya sistemində aparılan əməliyyatlar.

6 ay ərzində vergi ödəyicilərinə 660 523 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib, onlarla 60 görüş keçirilib, 248 sayda ünvanlı xidmət göstərilib, 1 654 müraciət üzrə 2 907 "ASAN İmza" sertifikatı verilib.