DSMF apreldə 24 mindən çox vətəndaş müraciətini cavablandırıb
Bu ilin aprel ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) ümumilikdə məktub, telefon zəngi və sosial şəbəkə hesabları vasitəsilə 24 323 vətəndaş müraciətini cavablandırıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, onlardan 22 678-i rəsmi məktub və telefon zəngi, 1 645-i isə sosial şəbəkə hesablarından daxil olmuş müraciətlərdir.








