Ordubad rayonunun Dəstə kəndində tibbi müayinə aksiyası yekunlaşıb -

Ordubad rayonunun Dəstə kəndində tibbi müayinə aksiyası yekunlaşıb - FOTO

22 May 2026

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə “Culfa Regional Tibb Mərkəzi” PHŞ-nin Ordubad Rayon Mərkəzi Xəstəxanasının ixtisaslı həkim briqadası tərəfindən Ordubad rayonunun Dəstə kəndində tibbi müayinə aksiyası keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, mayın 22-də təşkil olunan aksiya çərçivəsində kənd sakinlərinə müxtəlif ixtisaslar üzrə tibbi xidmətlər göstərilib. Müayinələr terapevtik, pediatrik, kardioloji, ginekoloji, USM və digər istiqamətləri əhatə edib.

Aksiya zamanı pediatr tərəfindən 14 nəfər, kardioloq tərəfindən 23 nəfər, ginekoloq tərəfindən 11 nəfər, terapevt tərəfindən 12 nəfər müayinə icra olunub. Həmçinin 35 nəfərə USM, 23 nəfərə isə EKQ müayinəsi aparılıb.

Müayinələr zamanı vətəndaşların sağlamlıq vəziyyəti qiymətləndirilib, ehtiyac olan şəxslərə müvafiq tibbi məsləhətlər verilib və əlavə müayinələr üçün yönləndirmələr edilib.

Kənd sakinləri göstərilən tibbi xidmətlərdən məmnunluqlarını ifadə edərək, regionlarda keçirilən bu cür aksiyaların əhali üçün mühüm əhəmiyyət daşıdığını bildiriblər.

Əhalinin sağlamlığının qorunması və tibbi xidmətlərə əlçatanlığın artırılması məqsədilə keçirilən belə aksiyalar dövlətin səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.