Şərurda ətraf mühitin mühafizəsi və sudan səmərəli istifadə ilə bağlı tədbir keçirilib -

Şərurda ətraf mühitin mühafizəsi və sudan səmərəli istifadə ilə bağlı tədbir keçirilib - FOTO

22 May 2026

Şərur Rayon İcra Hakimiyyətində “Sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi məqsədilə ətraf mühitin mühafizəsi, o cümlədən sudan səmərəli və qanuni istifadə” mövzusunda tədbir keçirilib. Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Şərur və Sədərək rayon İcra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Şərur və Sədərək rayonlarının aidiyyəti qurumlarının əməkdaşları iştirak ediblər.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbiri giriş sözü ilə açan Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Aysel Zellabdinova mövzunun aktuallığından danışaraq ətraf mühitin qorunmasının və su ehtiyatlarından səmərəli istifadənin vacibliyini diqqətə çatdırıb.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi Faiq Səfərov, Naxçıvan Dövlət Universitetinin əməkdaşı Cabbar Nəcəfov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 14 saylı Naxçıvan regional bölməsinin əməkdaşı Səmra Mehrəliyeva, həmçinin Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxsin Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin əməkdaşı Fərman Fərzəliyev çıxış edərək mövzu ilə bağlı ətraflı məlumat veriblər.

Çıxışlarda ətraf mühitin mühafizəsi, su ehtiyatlarından qanuni və səmərəli istifadə, bu sahədə maarifləndirmənin gücləndirilməsi və mövcud problemlərin həlli istiqamətində görülən işlərdən bəhs olunub.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.