Bakı-Tbilisi qatarında nə qədər yük aparmaq olar?

Bakı-Tbilisi qatarında nə qədər yük aparmaq olar?

22 May 2026

Bakı-Tbilisi-Bakı sərnişin qatarında Komfort və Komfort+ sinifləri üzrə çəkisi 23 kq-dan (Lüks sinifdə 30 kq-dan) çox olmayan 1 ədəd baqajı pulsuz aparmaq mümkün olacaq. 

"NAXÇIVANXƏBƏRLƏRİ"  bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir. 

Məlumata görə, kiçik əl yükü üçün də ödəniş tələb olunmur. "Pulsuz aparıla bilən əşyalara qatlanan uşaq arabası da daxildir. Komfort+ kupesini tam bron edən sərnişinlər isə uşaq arabalarını həm də açıq vəziyyətdə daşıya bilərlər", - deyə məlumatda qeyd olunub.