Naxçıvanda Ali Məclisin növbəti iclası keçiriləcək

Naxçıvanda Ali Məclisin növbəti iclası keçiriləcək

22 May 2026

Yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il yaz sessiyasının sonuncu iclası mayın 26-da keçiriləcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, iclasın gündəliyinə bir sıra mühüm qanun layihələrinin müzakirəsi daxil edilib.

İclasda  “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının qanun layihəsi üçüncü oxunuşda baxılacaq.

Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı ilin yaz sessiyası dövründə fəaliyyəti