Naxçıvanda Startap Festivalında tarixi-mədəni poçt markaları sərgiləndi
Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı əsasında “Şəhərsalma və Memarlıq İli”nə həsr olunan “Ağıllı şəhər və Ağıllı kənd” Startap Festivalı keçirilir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, festival dövlət qurumlarını, texnologiya şirkətlərini, innovasiya ekosistemi nümayəndələrini və startapları bir platformada bir araya gətirir.
Qeyd edək ki, tədbir çərçivəsində Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi tərəfindən hazırlanmış poçt markalarının nümayişi də təşkil olunub. Nümayiş etdirilən markalar Naxçıvan Muxtar Respublikasının memarlıq abidələrini, milli-mədəni dəyərlərini, təbiətini, tarixi irsini və müxtəlif inkişaf istiqamətlərini əks etdirməklə onların tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır.








