Siyavuş Kərimi Ordubad Şəhər İncəsənət Məktəbinin kollektivi ilə görüşüb -

Siyavuş Kərimi Ordubad Şəhər İncəsənət Məktəbinin kollektivi ilə görüşüb - FOTO

16 May 2026

Xalq artisti, professor, "Şərəf" və "Şöhrət" ordenli bəstəkar Siyavuş Kərimi Ordubad Şəhər İncəsənət Məktəbinin kollektivi ilə görüşüb. "Cənnətin iqamətgahı" adlı sənədli-musiqili-entoqrafik filmin çəkilişləri ilə bağlı Ordubadda olan sənətkar Ordubad Şəhər İncəsənət Məktəbinin müəllim və şagird heyəti ilə də görüşüb.

"NAXÇIVANXƏBƏRLƏRİ" bildirir ki, görüşü giriş sözü açan Culfa Regional Mədəniyyət İdarəsinin müdiri Azər Məmmədov qonağı qədim Ordubad torpağında salamlayaraq, dəvəti qəbul etdiyi üçün kollektiv adından öz təşəkkürlərini bildirib və bu görüşün yetişməkdə olan gənc musiqiçilər üçün əhəmiyyətini qeyd edib.

Görüş zamanı xalq artisti kollektivlə səmimi söhbət aparıb, bir-birindən gözəl ifalarla görüş iştirakçılarına xoş anlar bəxş edib. Həmçinin sənətkara məktəbin "Muxtar Respublika Müsabiqəsi" qalibləri olmuş şagirdləri tərəfindən kiçik konsert proqramı təqdim olunub.