Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələr verilib - SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Sərəncama əsasən, nazirliyin aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib:
Abiddin Qabil oğlu Hüseynov – Azərbaycan Respublikası ədliyyə nazirinin müavini
Toğrul Aydın oğlu Hüseynov – Azərbaycan Respublikası ədliyyə nazirinin müavini.








