İlham Əliyev TDT ölkələrinin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun iştirakçılarına müraciət edib
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda ilk dəfə keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrinin QHT-lərinin Həmrəylik Forumu iştirakçılarına müraciət ünvanlayıb.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, müraciət mətnini Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.








