Efiopiyanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Efiopiyanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb

28 Fevral 2026

Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əlinin Azərbaycana rəsmi səfəri başa çatıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Efiopiyanın Baş naziri Abiy Əhməd Əlini Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər yola salıblar.