XİN Azərbaycan vətəndaşlarını İsrailə səfərdən çəkinməyə çağırır

XİN Azərbaycan vətəndaşlarını İsrailə səfərdən çəkinməyə çağırır

28 Fevral 2026

Azərbaycan Xarici İşlər Nazirliyi İran ətrafında müşahidə olunan mövcud gərginlik fonunda ölkə vətəndaşlarını İsrailə səfərdən çəkinməyə çağırır.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı XİN "X" hesabında paylaşım edib.

Paylaşımda deyilir:

Hazırda İsraildə olan vətəndaşlarımızdan təhlükəsizlik vəziyyətini diqqətlə izləmələri, yerli hakimiyyət orqanlarının göstəriş və tövsiyələrinə riayət etmələri, kütləvi toplaşma yerlərindən uzaq durmaları və şəxsi təhlükəsizlik tədbirlərini gücləndirmələri xahiş olunur.

Hər hansı bir fövqəladə vəziyyət ilə bağlı vətəndaşlarımızın Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyi ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:

Əlaqə vasitələri:

Azərbaycanın İsrail Dövlətindəki Səfirliyi

telaviv@mission.mfa.gov.az

+972 54 539 77 88