Elektron siqaretlərin saxlanılmasına görə məsuliyyət varmı? -

Elektron siqaretlərin saxlanılmasına görə məsuliyyət varmı? - HÜQUQ MƏSLƏHƏTİ

14 Oktyabr 2026

Sual: Elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı, topdan və ya pərakəndə satışı və ya satış məqsədilə saxlanılmasına görə məsuliyyət nəzərdə tutulubmu?

Cavab: İnzibati Xətalar  Məcəlləsinin (299 -Hava nəqliyyatında tütün çəkmə), (305-Dəmir yolu nəqliyyatında müəyyən edilməmiş yerlərdə tütün çəkmə), 306.4, 318 və 322.0.4-cü maddələri nəzərə alınmaqla, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə –otuz manat məbləğində cərimə edilir.

Elektron siqaretlərin və ya onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və ya pərakəndə satışı və ya satış məqsədilə saxlanılmasına görə –

inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

Sual Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri Səttar Əsgərov tərəfindən cavablandırılıb