Qan donoru olan işçilər üçün qanunvericilikdə hansı güzəştlər nəzərdə tutulub? -

Qan donoru olan işçilər üçün qanunvericilikdə hansı güzəştlər nəzərdə tutulub? - HÜQUQ MƏSLƏHƏTİ

13 Oktyabr 2026

Sual: Qan donoru olan işçilər üçün qanunvericilikdə hansı güzəştlər nəzərdə tutulmuşdur?

Cavab: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 104.3-cü maddəsinə əsasən, hər dəfə qan və ya qan komponentlərini pulsuz (əvəzsiz) verən donorlara orta əməkhaqqı saxlanılmaqla əlavə istirahət günü verilir. Həmin istirahət günü donorun arzusu ilə onun illik məzuniyyətinə əlavə edilə və ya il ərzində istənilən vaxtda istifadə edilə bilər.   

Sual Babək rayon prokurorunun köməkçisi I dərəcəli hüquqşünas Nəriman Vəliyev tərəfindən cavablandırılıb