Əli Əsədov Türkmənistanda işgüzar səfərdədir
Azərbaycanın Baş naziri Əli Əsədov Türkmənistanda işgüzar səfərdədir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, səfərin məqsədi Aşqabadda keçiriləcək Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının növbəti iclasında iştirak etməkdir.
Aşqabad Beynəlxalq Hava Limanında Əli Əsədovu Azərbaycanın Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Qismət Gözəlov, eləcə də Türkmənistanın maliyyə və iqtisadiyyat naziri Məmmədqulu Astanaqulov qarşılayıblar.








