Əməkdar artist Rəşad Bəxtiyarov vəfat edib

Əməkdar artist Rəşad Bəxtiyarov vəfat edib

16 Oktyabr 2025

Əməkdar artist Rəşad Bəxtiyarov vəfat edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə aktyorun sənət dostları sosial mediada məlumat yayıb.

Aktyor bir müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi.

Xatırladaq ki, R.Bəxtiyarov 1978-ci il dekabrın 25-də Bakıda anadan olub.

O, "Həqiqət işığında"(Mirzəyev) və "Bəyaz həyat" (Sonanın oğlu) telefilmlərində çəkilib. R.Bəxtiyarov 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə və 8 may 2025-ci ildə Prezident Mükafatına layiq görülüb.