Naxçıvanda mədəniyyət müəssisələrinin maddi-texniki bazası gücləndirilir -

Naxçıvanda mədəniyyət müəssisələrinin maddi-texniki bazası gücləndirilir - FOTO

15 Oktyabr 2025

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən alınan yeni musiqi alətləri müəssisələrə təhvil verilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Filarmoniyası və konsert müəssisələrinin, uşaq musiqi və incəsənət məktəblərinin maddi-texniki bazasının gücləndirilməsi, tələbatın müasir standartlara uyğun qurulması məqsədi ilə 26 adda 363 ədəd musiqi alətləri alınıb.