Eşqin Tağıyev Avropa çempionatının ən yaxşı oyunçusu seçilib

Eşqin Tağıyev Avropa çempionatının ən yaxşı oyunçusu seçilib

05 İyun 2026

Minifutbol üzrə Azərbaycan millisinin üzvü Eşqin Tağıyev Slovakiyada keçirilmiş Avropa çempionatının ən yaxşı oyunçusu seçilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, o, turnirin mükafatlandırma mərasimində təltif olunub.

Xatırladaq ki, Azərbaycan millisi turnirin qalibi olub. Komanda finalda Ukrayna seçməsini iki cavabsız qolla üstələyib.