Gömrük nəzarətindən gizlədilən qızıl külçələr aşkar edilib

Gömrük nəzarətindən gizlədilən qızıl külçələr aşkar edilib

08 Oktyabr 2025

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi gömrük nəzarət tədbirləri nəticəsində qızıl külçələrin qanunsuz şəkildə gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşının əl yüklərinə gömrük yoxlaması tətbiq edilib. Yoxlama zamanı həmin şəxsin gödəkcəsində və əl çantasında gömrük nəzarətindən gizlədilən 37 ədəd “Pamp” markalı, ümumi təqribi çəkisi 365 qram qızıl külçə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.