Naxçıvanda qanunsuz miqrasiya vəd edən saxlanılıb

Naxçıvanda qanunsuz miqrasiya vəd edən saxlanılıb

10 Oktyabr 2025

Naxçıvanda xaricə qanunsuz miqrasiya vədi ilə dələduzluq edən şəxs saxlanılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Sədərək Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 33 yaşlı Vüsal Quliyev məsuliyyətə cəlb edilib.

Aparılan araşdırmalarla müəyyən edilib ki, həmin şəxs bir vətəndaşı xarici ölkə ərazisinə qanunsuz yolla keçirəcəyini vəd etməklə, ona qarşı dələduzluq törədib və 1 800 ABŞ dolları məbləğində pul vəsaitini ələ keçirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.