Günün qoroskopu-24.05.2023
Qoç- günün birinci yarısında çətin vəziyyətə düşəcəksiniz. Günün ikinci yarısında isə pozitiv tendensiyalar özünü büruzə verəcək. Bu səbəbdən istədiyinizə nail olmaq üçün çox səy göstərməli olmayacaqsınız.
Buğa- ünsiyyət üçün münasib gün deyil. Çünki ən xırda məsələ üstündə konflikt yarana bilər. Işgüzar danışıqları yaxşı olar ki, təxirə salasınız. Mübahisədən qaçmaq asan olmayacaq.
Əkizlər- günün emosional mənzərəsi yaxşı olacaq. Hətta xoşagəlməz olaylar baş verərsə belə, siz əhvalınızı korlamayacaqsınız. Günün ikinci yarısı aktiv istirahət və ya idmanla məşğul olmaq üçün münasibdir.
Xərçəng- asan gün deyil. Problemləriniz olacaq. Yaxın ətrafınızla ünsiyyətdə də problemlər yarana bilər. Siz fikirlərinizi paylaşmaq istəməyəcəksiniz. Əhatənizdəkilər də sizin bu davranışınız təəccüb doğuracaq.
Şir- günün birinci yarısında professional uğur qazana bilərsiniz. Vacib işin qulpundan nə qədər tez yapışsanız, bir o qədər onu tez başa çatdıra bilərsiniz. Bu gün, xüsusilə ev işləri cansıxıcı görünə bilər.
Qız- müxtəlif sferalarda uğur vəd edən gündür. Istənilən işdən həvəslə yapışırsınız. Liderlik xüsusiyyətlərinizi büruzə vermək üçün münasib gündür.
Tərəzi- gün çətinliklərdən xali deyil. Buna baxmayaraq siz əhvalınızı korlamayacaqsınız. Gücünüzü düzgün qiymətləndirirsiniz. Buna görə də uğur qazanmaq imkanınız var.
Əqrəb- gərgin gün olacaq. Işgüzar danışıqlarda ehtiyatı əldən verməyin. Günün maliyyə mənzərəsi ürəkaçan olmayacaq. Ehtimal ki, planlaşdırmadığınız məsrəflərlə üzləşəcəksiniz.
Oxatan- sakit gündür. Günün birinci yarısında xoş və qiymətli xəbər eşidəcəksiniz. Bu zaman kəsiyi dostlarla ünsiyyət üçün də münasibdir. Qadınlarla bu gün yaxşı dil tapacaqsınız.
Oğlaq- bu gün istənilən sferada uğur qazanmaq şansınız yaranacaq. Vacib olan şərt sizi yolunuzdan azdırmağa çalışanlara imkan verməməkdir. Günün ikinci yarısı çətinliklər gətirəcək.
Dolça- asan gün olmayacaq, ciddi professional problemlər yaranacaq. Həmkarlarla aranızda fikir ayrılığı olacaq. Ulduzlar sizi güzəştə getməyə çağırır. Etibarsız layihələrə pul yatırmayın.
Balıqlar- günün birinci yarısı işgüzar danışıqlar aparmaq, professional məsələlərin həlli üçün əlverişlidir. Ehtimal ki, xarici şirkətlərdən iş, yaxud da əməkdaşlıq təklifi alacaqsınız.