Günün qoroskopu-25.05.2023
Qoç- uğurlu gündür. Yeni işlərdən həvəslə yapışırsınız və onların öhdəsindən də yaxşı gələcəksiniz. Ulduzlar bildirir ki, bu gün başlayacağınız sevgi romanı çox sürpriz bəxş edəcək.
Buğa- günün birinci yarısı sizin üçün sınaq olacaq. Nəticədə xoşagəlməz sürprizlərlə qarşılaşacaqsınız. Pozitiv tendensiyalar yaşanacaq. Buna baxmayaraq yığılıb qalan problemlərin öhdəsindən gələcəksiniz.
Əkizlər- təklikdə öhdəsindən gələ bilməyəcəyiniz işə girişməmişdən əvvəl gücünüzü düzgün qiymətləndirin. Dost və qohumlarla aranızda fikir ayrılığına baxmayaraq, yaxşı münasibəti qoruyub saxlaya biləcəksiniz.
Xərçəng- xırda məsələlərə çox qapılmayın. Ünsiyyət üçün münasib gündür. Çətin məsələlərin müzakirəsi sakit keçəcək. Səyahətlər xoş təəssüratlar yaradacaq. Xırda, ancaq qiymətli olan əşyanı itirəcəyiniz də gözlənilir.
Şir- gün ciddi problemlər gətirməsə də yaddaşınızda uğursuz gün kimi qalacaq. Qərar çıxarmağa tələsməyin. Çünki bu gün şəraiti düzgün qiymətləndirə bilməyəcəksiniz. Eyni zamanda kimə etibar etmək olar, kimə yox mövzusunda da dolaşığa düşəcəksiniz.
Qız- çox çalışsanız, istədiyinizə nail ola bilərsiniz. Aktual problemin həllində sizə kömək edən olmayacaq. Bu səbəbdən isə qanınız qaralmayacaq. Bu gün yaşanacaq mübahisələrdən də narahat olmağa dəyməz.
Tərəzi- uğurlu gündür. Yeni ideyalarınız olacaq. Onları həyata keçirməyə qohumlar və dostlar yardım edəcək. Səyahətə çıxmaq üçün uğurlu gündür. Gün ailəvi istirahət üçün də münasibdir.
Əqrəb- inadkarlığınız sizi istədiyinizə çatdıracaq. Söhbət ətrafdakıların düşüncəsilə mümkün olmayandan gedərsə belə siz buna nail olacaqsınız. Çoxdankı arzular reallaşacaq.
Oxatan- ciddi işlərdə uğur gözlənilmir. Maliyyə məsələlərinin həlli ehtiyatlıq tələb edir. Çünki yalanın qurbanı olmaq və ya pul itirmək riski var. Yaxşı olar ki, böyük məbləğli alış-veriş etməyəsiniz.
Oğlaq- günün birinci yarısı yeni ideyanın yaranmasıyla yadda qalacaq. Bürcün bəzi nümayəndələri həyatlarını yaxşılığa doğru dəyişmək üçün hərəkətə keçəcəklər. Təmir işlərinə başlamaq olar.
Dolça- qeyri-sabit gündür. Neqativ tendensiyalar güclü olacaq. Yaxşı olar ki, tələskənliyə yol verməyəsiniz. Daxili səsiniz nə vaxt hərəkətə keçməyin lazım gəldiyini bildirəcək.
Balıqlar- əhatənizdə olan şəxslər sizdən yardım gözləyir. Bu səbəbdən öz işlərinizdən çox başqalarının işləri ilə məşğul olacaqsınız. Ulduzlar bildirir ki, bu vəziyyət məqsədinizə çatmağa heç də mane olmayacaq.