Günün qoroskopu-01.06.2023
Qoç- adi gün deyil. Diqqətinizi toplamaqda çətinlik çəkəcəksiniz. Bu səbəbdən işdə səhvlərə yol verəcəksiniz. Yeni ideyaları tez reallaşdırmaq istəyi sizi yanlış addımlar atmağa sövq edə bilər.
Buğa- yaradıcılıq potensialınız yüksək olacaq. Təhsildə və elmi-tədqiqat işlərində nailiyyətlər gözlənilir. Sizi və həmkarlarınızı çoxdan narahat edən problemləri həll edəcəksiniz.
Əkizlər- intellektual səviyyəniz yüksələcək. Təhsildə uğur gözlənilir. Bəzək aksesuarlarını almaq üçün uğurlu gündür. Xüsusilə də parlaq rənglərə üstünlük verin.
Xərçəng- çox məhsuldar gündür. Bu günə planlaşdırılan bütün işlərin öhdəsindən tez və keyfiyyəli gələcəksiniz. Bu səbəbdən yaxınlarla birlikdə istirahət etmək üçün zamanınız qalacaq.
Şir- intellektual səviyyəniz yüksələcək. Təhsildə uğur gözlənilir. Vacib xəbər eşidəcəksiniz. Daxil olan informasiya üzündən prinsiplərinizə yenidən nəzər salacaqsınız.
Qız- həyatınızda ciddi dəyişikliklər baş verəcək. Bu gün adətlərinizi dəyişmək asan olacaq. Yaradıcılıq potensialı yüksək olacaq. Özünüzə inam güclü olacaq və bu, sizi daha cəlbedici edəcək.
Tərəzi- çətin gündür. Istədiyinizə nail olmaq üçün ciddi çalışmalı olacaqsınız. Hər gün sizdən razı qalan şəxsləri də bu gün narazı salacaqsınız. Onlar sizi tənqid edəcək, xırda məsələ üstündə inciyəcəklər.
Əqrəb- nə istədiyinizi yaxşı bilsəniz də, işdə diqqətinizi toplamaq çətin olacaq. Ətrafda baş verənlərə sakit baxa bilməyəcəksiniz. Təkcə həmkarlarla deyil, ailə üzvlərilə də aranızda problemlər yaşanacaq.
Oxatan- səbirli olun. Gün baş gicəlləndirən uğurlar vəd etmir. Istədiyinzə nail olmazdan əvvəl bir müddət keçəcək. Boş söhbətlərdən uzaq olun.
Oğlaq- uğurlu gündür. Yeni ideyalarınız olacaq. Onları həyata keçirməyə qohumlar və dostlar yardım edəcək. Səyahətə çıxmaq üçün uğurlu gündür.
Dolça- məhsuldar gündür. Çox işin öhdəsindən gələcəksiniz. Düşünülməmiş addımlardan uzaq durun. Bu gün ağlınıza gələn ideyalar dərin müzakirələr tələb edəcək.
Balıqlar- işdə uğurlar gözlənilir. Ara-sıra xırda problemlər yaranacaq, ancaq onları müttəfiqlərinizin yardımı ilə aradan qaldıracaqsınız. Yaxşı olar ki, istirahət üçün evinizi seçəsiniz.