Günün qoroskopu-02.06.2023
Qoç- gününüz uğurlu keçəcək. Daxili səsiniz nəyi necə etməkdə doğru yol göstərəcək. Pis vərdişlərlə, zəif cəhətlərinizlə mübarizə aparmaq üçün münasib gündür.
Buğa- bu gün nə qədər az danışsanız, bir o qədər faydasını görərsiniz. Maliyyə məsələlərinin həllində ehtiyatlı olun. Qiymətli hədiyyə alacağınız da gözlənilir.
Əkizlər- bu günə planlaşdırılan bütün işlərin öhdəsindən tez və keyfiyyəli gələcəksiniz. Bu səbəbdən yaxınlarla birlikdə istirahət etmək üçün zamanınız qalacaq.
Xərçəng- gün mühüm əhəmiyyət kəsb edən sürprizsiz ötüşəcək. Bir balaca mübahisələr yaşanma ehtimalı da var. Ətrafdakılar sizdən daha fəal olmağı tələb edəcəklər.
Şir- gərgin gündür. Bu gün sizinlə bir kimsə dil tapa bilməyəcək. Bu səbəbdən də hamı sizdən gen durmağa çalışacaq. Başqalarının da qanını qaraltmaqla zəhlətökən olmayın.
Qız- günün başlaanğıcı heç də xoş keçməyəcək. Ancaq getdikcə pozitiv emosiyalar özünü göstərəcək. Ev işləri ilə məşğul ola bilərsiniz. Səliqə-səhmana ehtiyacınız var.
Tərəzi- hamıya etibar etməyin. Yeni ideyalarınızı paylaşmağa tələsməyin. Onları reallaşdıra bilməsəniz lağ obyekti ola bilərsiniz. Yalnız etibarınızı qazanan dostlarla planlarınızı müzakirə edin.
Əqrəb- çox işlər görmək həvəsi sizi daha da geri atacaq. Bir sözlə, çox istəməklə azdan da olacaqsınız. Xüsusilə də düşünülməmiş addımlar bu gün üçün arzuedilməzdir.
Oxatan- evdə dizayn dəyişikliyi aparmaq istəyi baş qaldıracaq. Son zamanlar tez-tez dəyişiklik etməklə həyatınıza yenilik gətirməyə çalışırsınız. Bəziləri sizi buna görə qınayacaq.
Oğlaq- əhvalınız axşama qədər yaxşı olacaq. Sevdiyiniz şəxs diqqət və qayğısını əsirgəməyəcək. Bundan xüsusi zövq alacaqsınız. Yeri gəlmişkən, bu baxımdan bəziləri sizə həsəd də aparacaq.
Dolça- böyük məbləğli alış-veriş məsləhət deyil. Planlaşdırılmamış iş görməyin. Öz səhviniz üzündən xoşagəlməz situasiyay düşmək ehtimalı da istisna deyil.
Balıqlar- uğurlu gündür. Qiymətli hesab etdiyiniz informasiyanı heç kimlə bölüşməyin. Çünki bu gün bütün sirlərinizin faş olacağı gözlənilir. Işgüzar danışıqlarda inadkar olun.