Hesablama Palatası: Bəzi qurumlar büdcə vəsaitlərini bank hesablarında saxlayıblar

Hesablama Palatası: Bəzi qurumlar büdcə vəsaitlərini bank hesablarında saxlayıblar

12 İyun 2026

2025-ci idə Azərbaycanda dövlət büdcəsindən bəzi qurumlara ayrılan vəsaitlər bank hesablarında saxlanılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsinin icrası" haqqında qanun layihəsinə verdiyi Rəydə bildirilir.

Sənədə əsasən, büdcə vəsaitlərinin bank hesablarında saxlanılması büdcə uçotunda uyğunsuzluqlara səbəb olub.

Seçmə qaydada əhatə edilmiş qurumların məlumatlarının təhlili göstərir ki, hesabat ilində və əvvəlki illərdə dövlət büdcəsinin kassa icrasına aid olunub, lakin bank hesablarında qalmış xərc məbləğləri 600 milyon manatdan çoxdur (məxfi sahələr nəzərə alınmadan). Bu məbləğin təxminən 400,0 milyon manatdan çoxu hesabat ilində əsaslı xərclərə ayrılmış vəsaitlər üzrə icra kimi göstərilib.

Bundan əlavə, bəzi qurumlar üzrə hesabat ilinin əvvəlinə bank hesablarında qalıq məbləğ kimi qeydə alınmış vəsaitin məbləğində hərəkətlilik (bank hesabındakı vəsaitin də icra edilməsi) müşahidə edilsə də, bu, bütün qurumlar üçün xarakterik olmaıb.

"Dövlət büdcəsinin icrası barədə hesabatlar, eləcə də illik hesabatda kassa icrasına aid edilmiş bəzi məbləğlər qurumlar tərəfindən təqdim edilmiş məlumatlarda bank hesabında saxlanılmış vəsait kimi göstərilib, məlumatlarda müvafiq qurumlar tərəfindən icra edilməmənin səbəbi və vəsaitin 2026-cı ildə icra ediləcəyi də əks etdirilib. Bu isə "Büdcə sistemi haqqında" qanunun "dövlət büdcəsinin kassa icrası" anlayışı ilə uyğunsuzluq yaradır", - deyə Rəydə qeyd olunub.