Heydər Əliyev Mərkəzi Slovakiya bayrağının rəngləri ilə işıqlandırılıb

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağının rəngləri ilə işıqlandırılıb

17 İyul 2026

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağının rəngləri ilə işıqlandırılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov sosial şəbəkə hesabında bildirib.

Səfir dünya memarlığının ən heyrətamiz şah əsərlərindən biri sayılan Heydər Əliyev Mərkəzinin Slovakiya bayrağının rəngləri ilə işıqlandırıldığını qeyd edib.

Diplomat bunu Slovakiyaya hörmətin təzahürü kimi qiymətləndirib.