Bazarlardakı açıq ağartı məhsulları etiketlənəcək

Bazarlardakı açıq ağartı məhsulları etiketlənəcək

17 İyul 2026

Bazarlarda etiketsiz satılan ağartı məhsulları etiketlənəcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Əli Nəbiyev qurumun 6 ayı üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, proses əvvəlcə Bakı şəhərindən başlayıb, tədricən region bazarlarını da əhatə edəcək:

"AQTA dövlət hesabına bazarlarda əvvəllər etiketsiz satılan ağartı məhsulların etiketlənməsini həyata keçirir. Artıq "Yaşıl bazar"da məhsulların etiketlənməsi prosesi başlayıb. Yaxın zamanlarda digər bazarları da əhatə edəcək".