Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun adı dəyişdirilib

Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun adı dəyişdirilib

17 Sentyabr 2025

Nazilər Kabineti Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun adının dəyişdirilməsi və bununla əlaqədar bəzi qərarlarında dəyişiklik edilməsi haqqında qərar qəbul edib. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb. 

Qərara əsasən, İnstitut bundan sonra Heyvandarlıq və Balıqçılıq Elmi-Tədqiqat İnstitutu adlandırılacaq.