
Qanunvericiliyə əsasən hansı şəxs mülki cavabdeh qismində tanınır? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Qanunvericiliyə əsasən hansı şəxs mülki cavabdeh qismində tanınır?
Cavab: Cinayət prosesinin gedişi zamanı haqqında verilmiş iddia ilə əlaqədar təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi nəticəsində vurulmuş maddi ziyana görə qanunla üzərinə maddi məsuliyyət qoyula biləcək şəxs mülki cavabdeh qismində tanınır.
Mülki cavabdeh qismində tanımaq haqqında qərar təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən qəbul edilir. İddia verilən anda şəxsin mülki cavabdeh qismində tanınmasına əsaslar kifayət deyilsə, həmin qərar kifayət qədər əsaslar müəyyən edilən kimi dərhal qəbul olunur.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov