Cərimə tətbiq olunmuş şəxs öldükdə cərimənin ödənilməsi vərəsələrindən tələb oluna bilərmi? -

Cərimə tətbiq olunmuş şəxs öldükdə cərimənin ödənilməsi vərəsələrindən tələb oluna bilərmi? - HÜQUQ MƏSLƏHƏTİ

17 Sentyabr 2025

Sual : Barəsində inzibati tənbeh növü kimi inzibati cərimə tətbiq olunmuş şəxs öldükdə inzibati cərimənin ödənilməsi onun vərəsələrindən tələb oluna bilərmi?

Cavab: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs öldükdə və ya Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada ölmüş hesab edildikdə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) qərarın icrasına xitam verir.  İnzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilməsi barədə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qərardad qəbul edilir.

Sualı cavablandırdı: Sədərək rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas - Rəmzi Həsənov