Şuşa Zəfər Muzeyini İtaliya şirkəti layihələndirəcək

Şuşa Zəfər Muzeyini İtaliya şirkəti layihələndirəcək

17 Sentyabr 2025

Şuşada Zəfər Muzeyinin layihələndirilməsinə (tikinti üzrə layihə-smeta sənədlərinin hazırlanmasına) və məzmununun hazırlanmasına başlanılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzdindəki "Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu" MMC birbaşa satınalma həyata keçirib. 

Layihələndirmə işlərini İtaliyanın "ArtCloud Network International s.c.r.l" şirkəti həyata keçirəcək. İşlər 1 milyon manata başa gələcək.