Naxçıvan Dövlət Milli Dram Teatrının monotamaşası Vanda nümayiş olunub -

Naxçıvan Dövlət Milli Dram Teatrının monotamaşası Vanda nümayiş olunub - FOTO

17 Sentyabr 2025

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında hazırlanan “Gəmi batır” adlı monotamaşa Türkiyənin Van şəhərində keçirilən II Van Beynəlxalq Monotamaşalar Festivalında iştirak edib.

Balaxan Nəzərlinin “Gəmidə batan” hekayəsi əsasında Səməd Canbaxşiyevin səhnələşdirdiyi tamaşa festivalda ilk premyerasını edib. İzləyicilərin marağına səbəb olan monotamaşada gəmidə çalışan müəllimin fırtına zamanı yaşadığı həyəcan və qorxu dolu anlar təsvir olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, süjetə görə, iş axtaran müəllim təsadüfən yük gəmisində iş tapır. Lakin dənizçiliyin qaydalarını bilmədiyi üçün düşdüyü ilk fırtınada həyatı təhlükə ilə üzləşir. Tamaşada müəllim obrazını ifa edən Səməd Canbaxşiyev həm də əsərin rejissoru kimi çıxış edib.

Qeyd edək ki, “Gəmi batır” monotamaşası Naxçıvan Dövlət Milli Dram Teatrında keçirilən monotamaşalar müsabiqəsi üçün hazırlanıb və ilk dəfə məhz Vanda nümayiş olunub.