Ləzzət Group “ISM Middle East 2025” sərgisində Azərbaycanı təmsil edir -

Ləzzət Group “ISM Middle East 2025” sərgisində Azərbaycanı təmsil edir - FOTO

17 Sentyabr 2025

Azərbaycanın aparıcı qida istehsalçılarından olan Ləzzət Group, dünyanın ən nüfuzlu qida sərgilərindən biri hesab olunan “ISM Middle East 2025” sərgisində iştirak edir. Tədbir Dubayda, Dubai World Trade Centre-də keçirilir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, şirkət sərgidə müxtəlif istehsal sahələrindən ixrac və ixrac potensiallı məhsullarını nümayiş etdirərək Azərbaycan qida sənayesinin keyfiyyətini və rəqabət qabiliyyətini beynəlxalq miqyasda təqdim edir.

Ləzzət Group sərgidə aşağıdakı məhsulları ilə çıxış edir:

Meyvə şirələri: Tammy və Juiz;

Şirniyyat məhsulları: Lay Lay, Valls, Çayka, Amasi, Olley, Share, Zarya markaları, həmçinin Ləzzət lokumları;

Qəlyanaltılar: Nati balıq krekerləri və Limo qarğıdalı çubuqları.

“ISM Middle East” sərgisi Azərbaycan məhsullarının beynəlxalq tərəfdaşlara təqdim olunması, yeni əməkdaşlıqların qurulması və ixrac imkanlarının genişləndirilməsi üçün mühüm platforma hesab olunur.