İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfində dəyişiklik edilib

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfində dəyişiklik edilib

09 İyun 2026

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfində dəyişiklik edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla təqvim ili ərzində icbari tibbi sığorta fondunun vəsaiti hesabına sığorta təminatı verilən sümük iliyi və ya hematopoetik kök hüceyrələrin transplantasiyasının say həddi 20-dən 50-ə çatdırılıb.