İlham Əliyev: 2023-cü il Azərbaycan üçün əlamətdar il olub
2023-cü il Azərbaycan üçün əlamətdar il oldu, bir sutkadan az müddət ərzində ərazi bütövlüyümüzü bərpa etdik və separatizmə son qoyduq.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Prezident İlham Əliyev Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxışı zamanı deyib.
"Bir sutkadan az müddətdə Ermənistanın Qarabağdakı işğalçı ordusu tamamilə darmadağın edildi. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa edərək separatçılığa son qoydu", - İlham Əliyev bildirib.
Dövlət başçısı həmçinin separatçıların liderlərinin, müharibə cinayətkarlarının və uşaq qatillərinin Azərbaycan məhkəməsi qarşısına çıxarıldığını bəyan edib.
"Mahiyyətinə və formasına görə bu, Nürnberq tribunalının analoqu idi. Ancaq bu dəfə müttəhimlər kürsüsündə erməni faşistləri oturmuşdu", - prezident vurğulayıb.
İlham Əliyev işğal dövründə Azərbaycanın ünvanına səslənən təhdidləri də xatırladıb.
"Tanklarda gəlib Bakını işğal edəcəklərini və burada çay içəcəklərini söyləyərək bizi hədələyənlər bu gün Azərbaycan çayını bizim həbsxanalarımızda içirlər. Onların tankları isə Hərbi Qənimətlər Parkında nümayiş edirilir", - o bildirib.








