İlham Əliyev: Laosun AQEM-ə üzv qəbul edilməsini yüksək qiymətləndiririk

İlham Əliyev: Laosun AQEM-ə üzv qəbul edilməsini yüksək qiymətləndiririk

15 Oktyabr 2026

Laos Xalq Demokratik Respublikası AQEM-ə üzv qəbul olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Prezident İlham Əliyev Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında deyib.

Onun sözlərinə görə, bunun Bakıda AQEM çərçivəsində baş tutması yüksək qiymətləndirilir.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə böyük rol oynayır:

"Azərbaycan müstəqil xarici siyasət həyata keçirir".