
İslah işləri növündə cəzanın icrası müddəti məhkumun ümumi iş stajına daxil edilirmi? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: İslah işləri növündə cəzanın icrası müddəti məhkumun ümumi iş stajına daxil edilirmi?
Cavab: Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə əsasən, islah işləri növündə cəzaya məhkum olunmuş şəxslərin qazancından cəzanın icrası müddəti ərzində məhkəmənin hökmü ilə müəyyən edilmiş məbləğdə və bu Məcəllədə nəzərdə tutulmuş qaydada dövlət nəfinə pul tutulur. Eyni zamanda, islah işləri növündə cəzanın icrası müddəti məhkumun ümumi iş stajına daxil edilir. Belə şəxslər əmək qanunvericiliyində nəzərdə tutulan məzuniyyət hüququndan da istifadə edə bilərlər.
Sualı cavablandırdı: Sədərək rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas - Rəmzi Həsənov