Kəlbəcər mina ilə ən çox çirklənmiş ərazidir
Kəlbəcər mina ilə ən çox çirklənmiş ərazidir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Laçın və Kəlbəcər: Urbisiddən və münaqişədən sonrakı yenidənqurmaya aparan yol" adlı panel sessiyasında deyib.
Onun sözlərinə görə, hazırda Kəlbəcərdə geniş bərpa və yenidənqurma işləri aparılır.
"Kəlbəcər mina ilə ən çox çirklənmiş ərazidir. Kəlbəcərdə 2020-2026-cı ilədək 222 min kvadratmetr ərazi minalardan təmizlənib. Bu müddət ərzində Kəlbəcərdə bir neçə dəfə mina partlaması baş verib, insanlar müxtəlif dərəcəli xəsarətlər alıblar. Ümumilikdə, Kəlbəcərdə 27 mina hadisəsi baş verib. Nəticədə 8 nəfər həlak olub, 43 nəfər yaralanıb".








