Kənd təsərrüfatı naziri Naxçıvanda səfərdədir -

Kənd təsərrüfatı naziri Naxçıvanda səfərdədir - FOTO

01 Aprel 2026

Aprelin 1-də Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov Naxçıvan Muxtar Respublikasına səfər edib. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, səfər çərçivəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov və kənd təsərrüfatı naziri Məcnun Məmmədov Naxçıvan şəhərinin mərkəzi meydanında ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsi ehtiramla yad edilib.