Milli Məclisdə beynəlxalq parlament konfransı keçirilib -

Milli Məclisdə beynəlxalq parlament konfransı keçirilib - YENİLƏNİB

29 Oktyabr 2025

Milli Məclisdə Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransı keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, "Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi" mövzusuna həsr olunmuş konfransda müasir dövlətlərin hüquqi əsaslarının möhkəmləndirilməsində konstitusiyaların rolu, dövlətlərin suverenliyi və milli müstəqilliyinin qorunması istiqamətində fikir mübadiləsi aparılıb.

Milli Məclisin sədri Sahibə Qafarova yekun nitqində bildirib ki, aparılan müzakirələrin parlamentlər arasında dostluq və əməkdaşlığın genişləndirilməsinə xidmət edəcəyinə inanır.