Müstəntiq tərəfindən təqsirləndirilən şəxsə tutulduğu vaxtdan hansı müddətə ittiham elan edilməlidir? -

Müstəntiq tərəfindən təqsirləndirilən şəxsə tutulduğu vaxtdan hansı müddətə ittiham elan edilməlidir? - HÜQUQ MƏSLƏHƏTİ

09 Oktyabr 2025

Sual: Müstəntiq tərəfindən təqsirləndirilən şəxsə tutulduğu vaxtdan hansı müddətə ittiham elan edilməlidir?

Cavab: Müstəntiq tərəfindən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın çıxarıldığı andan 48 saatdan gec olmayaraq və hər bir halda təqsirləndirilən şəxsin gəldiyi, yaxud tutulduğu və məcburi gətirildiyi gündən gec olmayaraq ona ittiham elan edilməlidir.  

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov