Naxçıvan məscidlərində bayram namazı qılınıb  -

Naxçıvan məscidlərində bayram namazı qılınıb - FOTO, YENİLƏNİB

20 Mart 2026

Martın 20-də səhər saat 9:00-da Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən məscidlərdə müqəddəs Ramazan ayının başa çatması münasibətilə bayram namazı qılınıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bayram namazı Naxçıvan şəhərinin Heydər Məscidi, Sarvanlar, Kazım Qarabəkir Paşa və Came məscidlərində qılınıb. Muxtar respublikanın yüzlərlə sakininin qatıldığı bayram namazında dualar edilib, Allahdan mərhəmət, əmin-amanlıq və ruzi bərəkət dilənilib.

Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı fevralın 19-da başlayıb. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 20-21-i Azərbaycanda Ramazan bayramı qeyd edilir.