
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklərin təsdiqi ilə bağlı qanun layihəsi Milli Məclisdə ikinci oxunuşda müzakirə olunub
Azərbaycan Respublikası Milli Məclisinin iyulun 4-də keçirilən iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb və qəbul olunub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Milli Məclisin iclasında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli və Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov da iştirak ediblər.