
İlham Əliyev ECO-ya uğurlu sədrliyə görə Qazaxıstana təşəkkür edib
Azərbaycan Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) uğurlu sədrliyə görə Qazaxıstana təşəkkür edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə çıxışı zamanı bildirib.
Dövlət başçısı deyib ki, Zirvə görüşünün Xankəndidə keçirilməsinin xüsusi mənası var. İşğaldan azad edilmiş ərazilərdə artıq bir neçə tədbir keçirilmişdir.